Nifret.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Almatıda XİN rəhbərlərinin görüşü başa çatdı - Video - Yenilənib
 
						Almatıda XİN rəhbərlərinin görüşü başa çatdı 
							 - Video - Yenilənib
Əlavə olunub: 05.10.2024 | 19:03 | Baxılıb: 3555
Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş başlayıb.

“nifret.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundu Dostluq Evində baş tutur. Məhz bu binada 1991-ci il Alma-Ata Bəyannaməsi imzalanıb.

C.Bayramov və A.Mirzoyanı Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu qarşılayıb.

Tərəflər daha sonra mətbuata açıqlama verəcəklər.

Xatırladaq ki, Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov açıqlamasında ölkəsinin danışıqlarda vasitəçi olmadığını bildirmişdi: “Almatıda keçiriləcək danışıqlar sırf Azərbaycanla Ermənistan arasında baş tutacaq. Burada Qazaxıstanın vasitəçiliyindən söhbət getmir”.

***

Ermənistan XİN-in məlumatına görə, Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş başlayıb. 

***

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov Almatıda “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqları başa çatdırıblar.

TASS-ın yaydığı məlumata görə, Dostluq Evində keçirilən görüş dörd saatdan çox davam edib.





Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.