Nifret.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Naxçıvanda kişi öz evini yandırdı - 3 saat sonra öldü
 
						Naxçıvanda kişi öz evini yandırdı 
							 - 3 saat sonra öldü
Əlavə olunub: 05.09.2024 | 23:21 | Baxılıb: 3969
Naxçıvanın Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib.

“nifret.az” xəbər verir ki, bu barədə Naxçıvanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin qaynar xəttinə Didivar kəndində yanğının baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Naxçıvan Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

İlkin məlumata görə, ev sahibi, kənd sakini - 1960-cı il təvvəllüd Allahverdiyev Nurəddin Tarverdi oğlu spirtli içki qəbul etdikdən sonra evini yandırıb.

“Report”un məlumatına görə, evini yandıran kənd sakini Allahverdiyev Nurəddin Tarverdi oğlu hadisədən 3 saat sonra vəfat edib.

İlkin məlumata görə, o, tüstüdən zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.