Son xəbərlər
Son xəbərlər

Toy karvanında pirotexniki vasitələri işə saldılar, saxlanıldılar

Toy karvanında pirotexniki vasitələri işə saldılar, saxlanıldılarNaxçıvanda toy karvanında qaydaları pozan şəxslər saxlanılıblar.

Oxu.Az xəbər verir ki, Naxçıvanda toy karvanı zamanı ictimai qaydanı və yol hərəkətinin təhlükəsizliyini kobud şəkildə pozan "Chevrolet" markalı avtomobilin sürücüsü Daşqın Həsənov, "Jaguar" markalı avtomobilin sürücüsü Həsən Allahverdiyev, "Renault" markalı avtomobilin sürücüsü Tuncay Cabbarlı və KIA markalı avtomobilin sürücüsü İlkin Rüstəmov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla onların digər hərəkət iştirakçılarının sərbəst hərəkətinə pirotexniki vasitələrdən istifadə etməklə mane olduqları və yol hərəkəti qaydalarını pozduqları aşkar edilib.

Faktla bağlı saxlanılan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 182   Tarix: 13 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife