Son xəbərlər
Son xəbərlər

Bakıda telefon və skuter oğruları saxlanıldı

Bakıda telefon və skuter oğruları saxlanıldıSentyabrın 11-i Nəsimi rayonu ərazisində bir nəfər 2200 manat dəyərində mobil telefonunun oğurlanması barədə polisə məlumat verib.

DİN-in Mətbuat xidmətindən Sonxeber.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 48 yaşlı E.Əhmədov müəyyən olunaraq saxlanılıb.

Nəsimi rayonu ərazisində evlərin birinin qarşısından 800 manat dəyərində skuter oğurlamaqda şübhəli bilinən N.Abdullayev də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 148   Tarix: 13 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife