Son xəbərlər
Son xəbərlər

Balakəndə küçədə atasını söyən şəxs HƏBS EDİLDİ

Balakəndə küçədə atasını söyən şəxs HƏBS EDİLDİBalakəndə atasını küçədə nalayiq ifadələrlə təhqir edən şəxs məhkəmə tərəfindən inzibati qaydada həbs olunub.

Sonxeber.az Modern.az-a istinadən xəbər verir ki, hadisə rayonun Tülü kəndində baş verib.

1983-cü il təvəllüdlü kənd sakini A.Xəlilov sərxoş vəziyyətdə atasına küçənin ortasında söyərək ictimai qaydanı pozub. O, bundan sonra evdə də münaqişə yaradıb.

Polisə şikayətdən sonra sözügedən şəxs saxlanılıb və tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə görə onun sərxoş olduğu müəyyən edilib.

Balakən Rayon Məhkəməsinin qərarı ilə kənd sakini İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi əsasında beş gün müddətinə inzibati həbs cəzası alıb.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 196   Tarix: 13 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife