Son xəbərlər
Son xəbərlər

Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxslərdən 17 kiloqram marixuana aşkarlanıb

Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxslərdən 17 kiloqram marixuana aşkarlanıbBakıda narkokuryerlikdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Bu barədə Sonxeber.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, narkotik vasitələrin ölkə ərazisinə gətirilərək satışı və qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı Nəsimi Rayon Polis İdarəsinin 20 və 22-ci Polis Şöbələrinin əməkdaşları tərəfindən əməliyyatlar keçirilib.

Tədbirlərlə 23 yaşlı Əmrah Hüseynov, 27 yaşlı Kənan Məmmədov və tanışı, 48 yaşlı İdris Məlikov saxlanılıblar. Onlardan ümumilikdə 17 kiloqrama yaxın marixuana, heroin, tiryək və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Saxlanılanlar narkotik vasitələri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşlarından əldə etdiklərini və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını etiraf ediblər.

Faktlarla bağlı araşdırmalar aparılır.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 196   Tarix: 13 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife