Son xəbərlər
Son xəbərlər

Pakistanda hərbi konvoya hücum: Çox sayda əsgər həlak olub

Pakistanda hərbi konvoya hücum: Çox sayda əsgər həlak olubPakistanın Cənubi Vəziristan bölgəsində əsgərləri daşıyan hərbi maşın silahlı hücuma məruz qalıb.

Oxu.Az-ın Khaama.com nəşrinə istinadən xəbərinə görə, bu barədə ölkənin təhlükəsizlik xidmətindən məlumat verilib.

Məlumata görə, hücum nəticəsində ən azı 12 pakistanlı əsgər həlak olub.

Hadisəyə görə məsuliyyəti "Təhrik-i-Taliban Pakistan" (TTP) qruplaşması öz üzərinə götürüb.

Qruplaşmanın yaraqlıları silahları ələ keçiriblər ki, bu da onların Əfqanıstan sərhədi boyunca yenidən dirçəlməsi qorxusunu artırıb.

Pakistan əsgərlərindən biri yaraqlıların hücumdan sonra hərbi maşın və silah-sursatı ələ keçirdiklərini təsdiqləyib.

Analitiklər qeyd edirlər ki, hökumətin qəbilələrin yaşadığı ərazilərdə antiterror əməliyyatlarının gücləndirildiyini bəyan etməsinə baxmayaraq, qruplaşma son aylarda hücumlarını artırıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 174   Tarix: 13 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife