Son xəbərlər
Son xəbərlər

Tramp Rusiyaya qarşı sanksiyaların tətbiqi şərtini açıqlayıb

Tramp Rusiyaya qarşı sanksiyaların tətbiqi şərtini açıqlayıbTramp NATO ölkələrinin onun ardınca addımlar atacağı və Rusiyadan neft almağı dayandıracağı təqdirdə Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib.

"Report" xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Truth Social" sosial şəbəkəsində yazıb.

"Bütün NATO ölkələri razılaşdıqda və eyni şeyi etməyə başlayanda, bütün NATO ölkələri Rusiyadan neft almağı dayandıranda mən də Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə hazır olacağam. Bildiyiniz kimi, NATO-nun qələbə öhdəliyi 100 %-dən çox az idi, bəzilərinin Rusiyadan neft alması isə şok idi. Bu, danışıqlardakı mövqeyinizi və gücünüzü əhəmiyyətli dərəcədə zəiflədir", - Amerika liderinin NATO ölkələrinə və bütün dünyaya ünvanladığı məktubda deyilir.

"Hər bir halda, siz hazır olanda mən "başlamağa" hazıram. Sadəcə deyin - nə vaxt?", - ABŞ Prezidenti yazıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 164   Tarix: 13 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife