Son xəbərlər
Son xəbərlər

Qazaxıstan Rusiyanın Aktauda baş konsulluğunun açılmasına razılıq verib

Qazaxıstan Rusiyanın Aktauda baş konsulluğunun açılmasına razılıq veribQazaxıstan Rusiyanın Aktauda baş konsulluğunun açılmasına dair saziş layihəsini təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə "KazTAG" agentliyi Qazaxıstan hökumətinin fərmanına istinadən məlumat yayıb.

Sənədə əsasən, Qazaxıstan hökuməti Rusiya Federasiyasının sözügedən konsulluq idarəsinin açılması və Qazaxıstan ərazisində konsulluq funksiyalarının yerinə yetirilməsi üçün bütün lazımi yardım və imkanları təmin edir.

Qazaxıstanın qərbində, Xəzər dənizinin sahilində yerləşən Aktau böyük sənaye və kurort şəhəridir, həmçinin Mangistau vilayətinin inzibati mərkəzidir.

Hazırda Rusiyanın Qazaxıstandakı Baş Konsulluğu üç şəhərdə - Almatı, Ust-Kamenoqorsk və Uralskda fəaliyyət göstərir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 149   Tarix: 13 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife