Son xəbərlər
Son xəbərlər

Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq

Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaqSentyabrın 15-də təxminən 2,2 milyon təhsilalan təhsilin müxtəlif pillələri üzrə yeni tədris ilinə başlayacaq.

Elm və Təhsil Nazirliyindən Milli.Az-a bildirilib ki, 2025-2026-cı tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1,6 milyon şagirdin təhsil alacağı gözlənilir.

Qeyd edilib ki, onlardan təxminən 130 mindən çoxu birinci sinif, 160 mini IX sinif, 117 mini isə XI sinifdə təhsil alacaq.

"Yeni tədris ilində məktəbəhazırlıq qruplarında isə 90 minə yaxın uşağın təhsilə cəlb olunacağı gözlənilir.

Bu tədris ilində məktəbəqədər təhsilin 226 min uşağı əhatə edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, 2025-2026-cı tədris ilində ümumi təhsil müəssisələrinin II-XI siniflərində ilk dərs "Konstitusiya və Suverenlik İli" mövzusuna həsr olunacaq.

Məqsəd şagirdlərdə Azərbaycan Respublikasının Konstitusiyasına, dövlət suverenliyinə və ərazi bütövlüyünə hörmət hissinin gücləndirilməsi, Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda xalqımızın qət etdiyi tarixi yol haqqında şagirdlərin biliklərinin artırılmasıdır. Eyni zamanda, dövlət rəmzlərinə, azərbaycançılıq ideologiyasına və milli-mənəvi dəyərlərə sadiqliyin möhkəmləndirilməsi də əsas məqsədlər sırasındadır", - nazirlikdən vurğulanıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 129   Tarix: 13 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife