Son xəbərlər
Son xəbərlər

Hakan Fidan sabah Dohaya gedəcək

Hakan Fidan sabah Dohaya gedəcəkTürkiyənin xarici işlər naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqasının (ƏL) Fövqəladə Zirvə görüşünə hazırlıq çərçivəsində sentyabrın 14-də Dohada keçiriləcək Xarici İşlər Nazirləri toplantısında iştirak edəcək.

Türkiyə XİN-dən "Report"un yerli bürosuna verilən məlumata görə, İƏT və ƏL-in Fövqəladə Zirvə toplantısına təqdim olunacaq qətnamə layihəsi xarici işlər nazirlərinin hazırlıq görüşündə müzakirə olunacaq.

Qeyd edək ki, dövlət başçıları səviyyəsində sentyabrın 15-də keçiriləcək zirvə görüşü sentyabrın 9-da İsrailin Dohaya hücumundan sonra Qətərin dəvəti, İƏT Xarici İşlər Nazirləri Şurasının hazırkı sədri Türkiyənin dəstəyi ilə baş tutacaq.

Bu tədbir İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzzaya etdiyi hücumların ardınca keçirilməyə başlayan və daha sonra Livan, Suriya, Yəmən və İran kimi regional ölkələrə hücumları əhatə edəcək şəkildə genişlənən İƏT-AL Fövqəladə Birgə Zirvə toplantılarının üçüncüsü olacaq.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 108   Tarix: 13 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife