Amerikalı mühafizəkar fəal Çarli Kirki öldürməkdə şübhəli bilinən Yuta ştatının 22 yaşlı sakini Tayler Ceyms Robinsona gələn həftə rəsmi şəkildə ittiham irəli sürüləcək.
Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.
Daha əvvəl "Washington Post" Robinsonun cinayət məcəlləsinin üç maddəsi ilə ittiham olunacağını yazmışdı.
Ağır qətl törətməklə yanaşı, o, qanunsuz silah saxlamaqda və ədalət mühakiməsinə mane olmaqda da ittiham olunur.