Özbəkistanın Fərqanə vilayətində yaşayan Xuvaydo Umarova Yer üzündə ən uzunömürlü insan kimi tanınıb.
Milli.Az xəbər verir, bu barədə məlumatı ölkənin Ədliyyə Nazirliyi yayıb. Bildirilir ki, qadının yaşı 130-dur və o, hal-hazırda dünyanın ən yaşlı sakini statusunu qazana bilər.
Qeyd olunur ki, Xuvaydo Umarovanın adı yaxın zamanda "Ginnesin Rekordlar Kitabı"na daxil edilə bilər.