Fransada "Hər şeyi blokla" etirazlarının ikinci dalğası gözlənilir.
Oxu.Az xəbər verir ki, bu barədə Fransanın TF1 televiziya kanalı məlumat yayıb.
Mənbə qeyd edir ki, Paris, Qrenobl, Marsel, Strasburq və Fransanın digər şəhərləri də daxil olmaqla, ümumilikdə, 50-yə yaxın mitinqin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, bu həftə Fransa ərazisində keçirilən etiraz aksiyalarında 100 minə qədər insanın iştirak etdiyi bildirilir. Etirazlar ölkədəki siyasi və iqtisadi böhran fonunda keçirilir.