Son xəbərlər
Son xəbərlər

ŞAD XƏBƏR! Bakıda bu avtobuslar YENİLƏNDİ: GEDİŞ HAQQI...

ŞAD XƏBƏR! Bakıda bu avtobuslar YENİLƏNDİ: GEDİŞ HAQQI...Bakı Beynəlxalq Avtovağzal Kompleksini Sulutəpə qəsəbəsi ilə əlaqələndirən 157 nömrəli və Sumqayıt şəhəri ilə əlaqələndirən 503 nömrəli marşrut üzrə xətlərə sentyabrın 14-ü və 15-dən yeni avtobuslar istismara veriləcək.

Bu barədə Musavat.com Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, 157 və 503 nömrəli marşrutların yeni avtobuslarla təminatını "BusTrans" MMC və "BakuBus" MMC həyata keçirəcəklər.

157 nömrəli marşrut üzrə gedişhaqqı 0,50 manat, 503 nömrəli marşrut üzrə isə 0,70 manat təşkil edəcək.

Hə iki marşrut üzrə sərnişindaşıma nağdsız ödəniş əsasında həyata keçiriləcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 711   Tarix: 13 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife