Son xəbərlər
Son xəbərlər

Təranə-Musa cütlüyünün 17 yaşlı QIZLARI VƏ SEVGİLİSİ - VİDEO

Təranə-Musa cütlüyünün 17 yaşlı QIZLARI VƏ SEVGİLİSİ - VİDEOMəşhur cütlük Təranə Qumral və Musa Musayevin kiçik qızları Sevgim ailə qurmağa hazırlaşır.

Yenisabah.az bildirir ki, "Tarixin bir günü" verilişində qonaq olan Təranə Qumral 18 yaşı tamam olmayan qızını ərə verməyə hazırlaşdığını açıqlayıb. O bildirib ki, hazırda 17 yaşı olan övladının sevgilisi var və proqramda həmin gəncin görüntüləri də yayımlanıb.

"Sabah qızımın 18 yaşı tamam olur. Ondan sonra nişan edəcəyik. Toy da ola bilər. Mən maddi imkana baxmıram, əsas odur ki, oğlan Sevgimi çox sevsin", – deyə Təranə vurğulayıb. Dördpendirli pizza

Musa Musayev isə əlavə edib: "Əsas odur ki, balalarımıza yaxşı baxsın".

Aparıcı Tarix Əliyevin "Xasiyyətiniz uyğundur? Görmüsünüz?" sualına isə Sevgim "Hə" cavabını verib.

Qeyd edək ki, Təranə Qumral bir müddət əvvəl də oxşar açıqlaması ilə gündəmə gəlmişdi: "Qız uşaqlarına deyirəm ki, tez ailə qurun. Dünyanı görmək lazım deyil. Mən icazə vermirəm dünyanı görsünlər. Sevgimə də başa salıram ki, ailə önəmlidir. Qumralı 17 yaşında ərə vermişəm. Qızı tez ərə verməlisən, ağlı kəsməmiş. Qız öz ayaqları üstündə duranda deyəcək ki, ərə getmirəm".


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 264   Tarix: 13 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife