Son xəbərlər
Son xəbərlər

Kinematoqrafçılar İttifaqının yeni sədri onlardan biri olacaq

Kinematoqrafçılar İttifaqının yeni sədri onlardan biri olacaqAzərbaycan Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər məlum olub.

Sonxeber.az APA-ya istinadən xəbər verir ki, sədr postuna iki namizəd var - Xalq artisti Şəfiqə Məmmədova və rejissor Əli İsa Cabbarov.

Kinematoqrafçılar İttifaqından məsələ ilə bağlı bildirilib ki, sədrliyə namizədlər konfransa yaxın vaxtda mətbuata açıqlanacaq.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayı mayın 26-da keçiriləcək.

Xatırladaq ki, Şəfiqə Məmmədova hazırda ittifaq sədrinin səlahiyyətlərini icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 501   Tarix: 11 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife