Son xəbərlər
Son xəbərlər

Akif İslamzadənin son durumu açıqlandı

Akif İslamzadənin son durumu açıqlandıTanınmış müğənni Akif İslamzadənin vəziyyəti stabildir.

Bu barədə Modern.az-a sənətçinin oğlu Ayxan İslamov məlumat verib.

O bildirib ki, atasının səhhətində müsbət irəliləyiş müşahidə olunur:

"Vəziyyəti stabil olaraq qiymətləndirilir. Bu gün özü ayağa qalxıb, gəzib, rəngi də yaxşıdır, danışır. Hər gün gündə iki dəfə olmaqla görüşürük. Ola bilsin ki, bu gün və ya yaxın günlərdə evə buraxılsın".

Qeyd edək ki, Akif İslamzadə ötən həftə infarkt keçirib. Mərkəzi Gömrük Hospitalına hyerləşdirilən 77 yaşlı müğənninin ürəyinə stent qoyulub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 564   Tarix: 11 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife