Son xəbərlər
Son xəbərlər

WUF13-də Startap Pavilyonu təqdim olunacaq

WUF13-də Startap Pavilyonu təqdim olunacaqBakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Startap Pavilyonu təqdim olunacaq.

Sonxeber.az "Report"a istinadən xəbər verir ki, pavilyon mənzil təminatı sahəsində innovativ yanaşmaları təşviq etmək məqsədilə yaradılan Biznes və İnnovasiya Mərkəzində yaradılacaq.

Sözügedən məkan yeni yaradılmış şirkətlərin və gənc sahibkarların öz innovasiyalarını nümayiş etdirmələri üçün xüsusi məkan olacaq.

Bütün dünya üzrə 10 ölkədən seçilmiş 14 startap layihəsinin iştirakı etdiyi bu Pavilyonun məqsədi yeni subyektlərin səsinə səs vermək və həm mənzil təminatının, həm də şəhərsalma problemlərinin həlli üçün miqyaslanan ideyaları ön plana çıxarmaqdır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 256   Tarix: 11 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife