Son xəbərlər
Son xəbərlər

43 ildir buna görə evlənmirlər

43 ildir buna görə evlənmirlərHollivudun əfsanəvi aktrisası Qoldi Houn aktyor sevgilisi Kurt Rassellə 43 ildir rəsmi nikahda olmamasının səbəbini izah edib.

Milli.Az xəbər verir ki, bu barədə aktrisa "Hello" nəşrinə danışıb. Houn bildirib ki, onlar evlənməyərək özlərini qoruyurlar.

"Evlənsək, bir-birimizdən nəsə itirəcəyimizi düşündük. Bunu istəməzdik. Biz bir-birimizi hər gün seçmək istəyirik" deyə, aktrisa etiraf edib.

80 yaşlı Qoldi Houn əlavə edib ki, sahibkar olmağı sevmir:

"Düşünürəm ki, Kurt da eyni hiss edir. Evlilik azad hiss etməli olduğun sahələrdən biridir. Bu, özümüz olaraq qalmağımıza kömək edir".

Qeyd edək ki, cütlük 1983-cü ildən birlikdədir.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 600   Tarix: 11 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife