Son xəbərlər
Son xəbərlər

2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb öldü

2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb öldüTərtər şəhərində 2 yaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.

Belə ki, 2024-cü il təvəllüdlü Murad yaşadığı binanın 4-cü mərtəbəsində yerləşən mənzilin eyvanından ehtiyatsızlıq nəticəsində yıxılıb.

Ağır xəsarət alan azyaşlı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 501   Tarix: 11 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife