Son xəbərlər
Son xəbərlər

Daha 8 azərbaycanlı Ukraynada həlak oldu - ADLAR

Daha 8 azərbaycanlı Ukraynada həlak oldu - ADLARRusiyanın Ukraynaya qarşı apardığı müharibədə həyatını itirən azərbaycanlı əsilli hərbçilərin sayı artmaqda davam edir.

Modern.az xəbər verir ki, müxtəlif vaxtlarda Rusiya ordusunun tərkibində döyüşlərdə iştirak edən daha 8 Azərbaycan əsilli hərbçi və Azərbaycan vətəndaşının öldüyü məlum olub.

Həlak olan digər şəxslər isə bunlardır:

Çiriyev Sədrəddin Mehman oğlu - 21 sentyabr 1992-ci ildə anadan olub. Leninqrad vilayətinin Tixvin şəhərində yaşayıb.

Əsədov Eltun Adil oğlu - 10 avqust 1994-cü ildə anadan olub. Yamalo-Nenets Muxtar Dairəsinin Noyabrsk şəhərində yaşayıb, 69-cu qvardiya motoatıcı diviziyasında xidmət edib.

Məmmədov Fərid Farizxan oğlu - 20 yanvar 1991-ci ildə anadan olub. Voronej vilayətinin Pavlovsk şəhərində yaşayıb,
Ətraflı

Nuriyev Eldar Nəhmət oğlu - 1 noyabr 1970-ci ildə anadan olub. İrkutsk şəhərində yaşayıb, 137-ci həmlə briqadasında xidmət edib,

Abdullayev İlyas Əmin oğlu - 8 noyabr 1984-cü ildə anadan olub. Moskvada yaşayıb,

Talıbov Rafael Səttar oğlu - 8 iyul 1977-ci ildə anadan olub. Stavropol diyarının Aleksandrovskoye kəndində anadan olub, 7-ci Əlahiddə Moto-atıcı Briqadasında xidmət edib,

Osmanov Bayram Abdulla oğlu - 12 mart 1994-cü ildə anadan olub. Stavropol diyarının Kurskaya kəndində yaşayıb.

Sadıqov Teymur Əzizulla oğlu - Azərbaycan Respublikası vətəndaşı. Rusiya Ordusu ilə 1 illik hərbi müqavilə bağlayıb.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri yüzlərlə azərbaycanlı həyatını itirib. Onların arasında Azərbaycan vətəndaşlığı olan şəxslər də var.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1276   Tarix: 11 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife