Son xəbərlər
Son xəbərlər

Gürcüstanın yeni Patriarxı seçilib

Gürcüstanın yeni Patriarxı seçilibMitropolit Şio (Elizbar Muciri) Gürcüstanın yeni Patriarxı təyin edilib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Pravoslav Jurnalistlər İttifaqı (UOJ) özünün teleqram kanalında məlumat yayıb.

Onun lehinə 22 yepiskopun səs verdiyi bildirilib.

Şiodan başqa patriarxal taxt-tac üçün daha iki namizəd var idi: Poti və Xobi mitropoliti Qriqol (Berbiçaşvili) və Urbnisi və Ruisi mitropoliti İob (Akiaşvili).

Gürcü Pravoslav Kilsəsinin yeni rəhbərinin seçilməsi kilsəyə yarım əsrə yaxın rəhbərlik etmiş bütün Gürcüstanın katolikos-patriarxı II İliyanın martın 17-də vəfatından sonra baş tutub.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 420   Tarix: 11 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife