Şənbə günü İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) pilotsuz uçuş aparatlarının Livanın cənubundakı Nəbatiyyə şəhərinə və onun ətrafına zərbələr endirməsi nəticəsində azı dörd nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə Livanın Milli Xəbər Agentliyi məlumat yayıb.
Məlumata görə, dronların hücum etdiyi bir neçə binada Livanın radikal "Hizbullah" qruplaşmasının obyektlərinin yerləşdiyi ehtimal olunur.
Günün ikinci yarısında Bint-Cübeyl, Həddatə və Ət-Teyriyə İsrail aviahücumları barədə məlumatlar daxil olub, orada bir neçə güclü partlayış baş verib.
Livan Səhiyyə Nazirliyinin bildirdiyinə görə, iyunun 19-da elan edilmiş atəşkəsə baxmayaraq, İsrail ordusu ölkənin cənubunda hərbi əməliyyatları davam etdirir.
"Martın 2-də hərbi eskalasiyanın başlanmasından bəri öldürülən livanlıların ümumi sayı artaraq 4 328-ə, yaralananların sayı isə 12 227-yə çatıb", - qurumun "X" sosial şəbəkəsində dərc olunmuş məlumatında qeyd edilib.
Telegramda izləyin