Son xəbərlər
Son xəbərlər

Vuçiç: Serbiyada insanabənzər robotların istehsalı zavodunun açılışı avqustun 29-da keçiriləcək

Vuçiç: Serbiyada insanabənzər robotların istehsalı zavodunun açılışı avqustun 29-da keçiriləcəkSerbiya Prezidenti Aleksandar Vuçiç avqustun 29-da Şabats şəhərində insanabənzər robotların istehsalı zavodunun açılışının olacağını bildirib.

"Report"un Balkan bürosunun məlumatına görə, A. Vuçiç bu barədə "Informer"ə açıqlamasında danışıb.

"Səhv etmirəmsə, avqustun 29-da Şabatsda möhtəşəm robot zavodunun açılışını edirik", - o bildirib.

Vuçiçin sözlərinə görə, Serbiya Avropada insanabənzər robotlara sahib olan ilk ölkə olacaq.

Layihə 2026-cı ilin fevralında Belqradda humanoid robotlarını təqdim etmiş "AGIBOT" şirkəti tərəfindən həyata keçirilir. Həmin şirkət artıq Loznitsa və Şabats şəhərlərində zavodları olan Çinin "Minth" şirkətlər qrupu ilə əməkdaşlıq edir.

Daha əvvəl açıqlanan məlumata görə, Serbiyada ildə 1 000-2 000 ədəd insanabənzər robot istehsal ediləcək. Həmin robotların çəkisinin 55 kiloqram, hündürlüyünün isə 173 santimetr olacağı bildirilib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 277   Tarix: 19 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife