Son xəbərlər
Son xəbərlər

Rekord isti bir həftədə 3 mindən çox insanı öldürdü

Rekord isti bir həftədə 3 mindən çox insanı öldürdüİyunun sonlarında, 22-dən 28-dək davam edən isti hava dalğası zamanı Fransanın İl-de-Frans bölgəsində təxminən 3000 insan ölüb. Bu rəqəm normal ölüm nisbətindən iki dəfə çoxdur.

Lent.az bildirir ki, "Le Monde" qəzeti bu barədə Fransa Milli Səhiyyə Agentliyinin məlumatlarına istinadən açıqlama yayıb.

Bu məlumatlar hazırda iyun ayında baş verən isti hava dalğasının Paris bölgəsində ictimai sağlamlığa təsirinin ən dəqiq qiymətləndirilməsidir.

Bu isti hava dalğasının intensivliyi hətta əvvəllər görünməmiş hesab edilən 2003-cü ilin rekord istilik dalğasını da keçib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 406   Tarix: 19 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife