Son xəbərlər
Son xəbərlər

"Alhurra": İraqda korrupsiyaya ilə mübarizə böhrana səbəb olub

"Alhurra": İraqda korrupsiyaya ilə mübarizə böhrana səbəb olubİraqın Baş naziri Əli əz-Zeydinin təşəbbüsü ilə başladılmış antikorrupsiya kampaniyası ölkədə böhrana səbəb olub.

"Report" xəbər verir ki, bu barədə ərəbdilli "Alhurra" telekanalı məlumat yayıb.

Məlumata görə, təhqiqatlar silsilə həbslərə səbəb olub, həmçinin təkcə baş nazirin özü üçün deyil, həm də siyasi elitalar üçün potensial tələ yaradıb.

Belə ki, sabiq neft nazirinin müavini Adnan əl-Cümeyli ilə bağlı işin istintaqı zamanı artıq 27-yə yaxın şəxs saxlanılıb və 250 milyon dollardan çox vəsait müsadirə edilib. İşə aidiyyəti olan daha 40 nəfər isə azadlıqdadır.

Yüksəkvəzifəli şəxslərin kütləvi həbslərinin, daha sonra isə böyük həcmdə pul vəsaitlərinin müsadirə edilməsinin Koordinasiya Şurasında daxili parçalanmaya səbəb olacağı güman edilir. Bu isə, öz növbəsində, parlamentin işinin dayanmasına gətirib çıxaracaq.

Telekanalın mənbələri qeyd ediblər ki, hakim bloklar artıq kompromat sənədlərindən silah kimi istifadəyə və onları bir-birinə qarşı tətbiq etməyə başlayıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 308   Tarix: 19 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife