Əməkdar jurnalist Tofiqə Qasımova komadan çıxıb.
Oxu.Az xəbər verir ki, 56 yaşlı jurnalistin çalışdığı "Minval Politika"nın baş redaktoru Emil Mustafayev sosial şəbəkə hesabında məlumat verib.
Qeyd edək ki, T.Qasımova iyulun 17-də Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsindən Bakı Sağlamlıq Mərkəzinə köçürülmüşdü.
Əməkdar jurnalistin müalicəsi tibb müəssisəsində davam etdirilir.
00:12
Bakı Sağlamlıq Mərkəzi Əməkdar jurnalist Tofiqə Qasımovanın səhhəti ilə bağlı rəsmi məlumat yayıb.
Oxu.Az xəbər verir ki, 56 yaşlı jurnalist iyulun 17-də Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsindən ağır vəziyyətdə Bakı Sağlamlıq Mərkəzinə köçürülüb.
Məlumata görə, xəstə Bakı Sağlamlıq Mərkəzinə qəbul olunduğu andan etibarən müalicəsinə yüksək ixtisaslı mütəxəssislərdən ibarət həkim heyəti cəlb edilib. Təcili təşkil olunan geniş konsiliumun qərarı ilə ona hemodializ də daxil olmaqla intensiv reanimasion dəstək göstərilməsinə başlanılıb.
Hazırda Bakı Sağlamlıq Mərkəzinin həkimləri tərəfindən xəstənin həyati göstəricilərinin stabilləşdirilməsi istiqamətində bütün zəruri müalicə tədbirləri fasiləsiz davam etdirilir.
Telegramda izləyin